AFFA meydana çıxmayan komandaya texniki məğlubiyyət verdi

AFFA İntizam Komitəsi “Record club” futzal komandasına texniki məğlubiyyət verib.

Presssport.az xəbər verir ki, buna klubun "Baku Fire" ilə görüşdə meydana çıxmaması səbəb olub.

Yüksək Liqa təmsilçisi 0:5 hesablı texniki məğlubiyyət alıb.

Futbol üzrə Yüksək Qızlar Liqasında isə "Şəmkir" kollektivi eyni halla üzləşib. Belə ki, bölgə klubunda “Araz-Naxçıvan”la matçda protokolda qeyd olunmuş oyunçu əvəzinə başqa klubda qeydiyyatda olan futbolçu oynayıb. Buna görə "Şəmkir"ə 0:3 hesablı texniki məğlubiyyət verilib.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC