Qonşu bölgə təmsilçiləri yoxlama matçında görüşəcək

I Liqada çıxış edən "Karvan" mövsümün ikinci yarısının hazırlıq çərçivəsində yoxlama matçı keçirəcək. Bu haqda Presssport.az-a danışan Yevlax təmsilçisinin baş məşqçisi Kənan Kərimov qonşu bölgə təmsilçisi "Mingəçevir"lə qarşılaşacaqlarını deyib. Matçın yanvarın 19-da saat 14:00-da Yevlax şəhər stadionunda baş tutacaq: "Məşqlərə yanvarın 11-dən başlamışıq. Yevlaxda təlim-məşq toplanışındayıq, gündə 2 dəfə olmaqla hazırlıq keçirik. Yenə yoxlama matçları nəzərdə tutulub. Detallar dəqiqləşəndən sonra açıqlayacağıq". Xatırladaq ki, "Karvan" qış fasiləsinə 6-cı, "Mingəçevir" 8-ci pillədə yollanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC