Sarri istefa verdi

“Latsio”nun baş məşqçisi Mauritsio Sarri istefa verib.
Presssport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano və Calciomercato məlumat yayıb.
65 yaşlı Sarri komandanın uğursuz çıxışına görə işindən ayrılıb. Belə ki, "Latsio" son 5 oyunun 4-də uduzub. Roma təmsilçisi hazırda A Seriyasında 40 xalla 9-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, Sarri 2021-ci il iyunundan “Latsio”nu çalışdırırdı və müqaviləsi gələn yayadək idi. O, komandaya ən yaxşı nəticəni keçən mövsüm gümüş medal qazandırmaqla verib.

 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC