Bauk "Qəbələ"yə nə vaxt qoşulacaq?: "12 oyunçuyla da qalmışıq, indi oturub onu fikirləşsək..."

"Baukun Afrika Millətlər Kubokunda çıxışıyla bağlı məlumatımız var. Qrupdan çıxsalar, yanvarın 23-dən sonra da onu görməyəcəyik. Qrupa qalsalar, 23-dən sonra komandaya qoşulacaq". Bu sözləri Presssport.az-a açıqlamasında "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev deyib. Məlumdu ki, Premyer Liqamızda son pillənin sahibi qış fasiləsində hələ ki köhnə-yeni futbolçusu olan cinah yarımmüdafiəçisi Klesio Baukun keçidini həll edib. Hansı ki, hazırda Mozambik millisinin heyətində Afrika Millətlər Kubokunun final mərhələsinin iştirakçısıdı. Bu isə o deməkdi ki, "Qəbələ"ylə qış təlim-məşq toplanışını buraxan 28 yaşlı futbolçunun düşərgəyə gəlişi yaxın günlərdə olmayacaq. Baukun ən azı III dövrənin ilk turunda yanvarın 23-də "Sumqayıt"la ev matçında iştirak etməyəcəyi dəqiqdi. Qəbələlilər vingerlərdən Omar Haniylə yollarını ayırıb, Samuel Tettehin isə bu ilk ilk matçda da cəzalı olacağını nəzərə alsaq, həmin mövqedə ciddi sıxıntıları var. Amma Baxşıyev narahat deyil: "Mövsüm ərzində 12 oyunçuyla da qalmışıq. İndi oturub onu düşünsək, yanlış fikirləşmiş olarıq. Əlimizin altında kimlər olacaqsa, onlarla da davam edəcəyik. Əlbəttə, Baukun bu müddətdə millidə olduğunu bilirdik. Sadəcə, ümid edirdik ki, Tettehin cəzası yüngülləşəcək. Amma bu baş vermədi və yenə də əlimizi yana salmayacağıq". 44 yaşlı mütəxəssis daha bir transferlərlə bağlı yeniliyin olmadığını diqqətimizə çatdırıb: "Bu, ola da bilər, olmaya da. Konkret ad yoxdu ki, üzərində işləyək". Xatırladaq ki, Klesio "Qəbələ"yə dönəndən sonra millidə 50-ci matçında 9-cu qolunu Misirlə 2:2 hesabıyla nəticələnən qrup matçında vurub. Mozambik və Misir millilərinin yer aldığı B qrupunda Kabo-Verde ilə Qana yığmaları da mübarizə aparır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC