Avropa Liqası: "Qarabağ" yalnız "Marsel"dən geri qalır

"Qarabağ" Avropa Liqasının 1/8 final mərhələsinin ən yaxşı formada olan komandaları siyahısında “Top-5”də yer alıb.

Presssport.az xəbər verir ki, Ağdam təmsilçisi son 5 oyunda bütün turnirlər daxil olmaqla yüksək nəticələr göstərən klubların siyahısında yer alıb.

Belə ki, Qurban Qurbanovun komandası yalnız “Marsel”dən geri qalır ki, Fransa təmsilçisi son 5 görüşün hamısında qələbə qazanıb. 

Ağdam təmsilçisi “Liverpul” və Avropa Liqasında 1/8 finalda qarşılaşdığı “Bayer”lə  birgə 2-4-cü pilləni bölüşdürür. Hər 3 komandanın hesabında 4 qələbə və 1 heç-heçə var.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC