ASAPES rektoru Karlov Universitetinin rektoruyla görüşdü

ASAPES rektoru Fuad Hacıyev Çexiyaya səfəri çərçivəsində Karlov Universitetinin rektoru Milena Kraliçkova ilə görüşüb.

Presssport.az xəbər verir ki, görüşdə Karlov Universiteti, xüsusilə də Bədən Tərbiyəsi və İdman fakültəsi ilə davam edən əməkdaşlıq, atılan addımlar və gələcək planlar müzakirə edilib. 

Əsas hədəfin fizioterapiya üzrə ikili bakalavr və magistr proqramlarının hazırlanması olduğu vurğulandı və bu istiqamətdə işlər aparılması üçün KU professorlarının hazırda Akademiyada tədrisə cəlb olunması xüsusi qeyd edilib. 

Rektor həmçinin 21 dekabr 2023-cü ildə Karlov Universitetində baş vermiş terror hücumu nəticəsində həlak olan tələbələrin xatirəsinə həsr edilmiş xalçanı xanım Kraliçkovaya təqdim etdi və hadisənin baş verdiyi Yan Palaç korpusu önündəki monumentin qarşısına gül dəstəsi qoyub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC