Millimizin futbolçusu Polşa klubunun düşərgəsinə bu tarixdə qoşulacaq

"Qarabağ"ın və millimizin futbolçusu Rahil Məmmədovun yeni klubu LKS-a nə vaxt qoşulacağı bəlli olub. Presssport.az xəbər verir ki, 28 yaşlı mərkəz müdafiəçisi yanvarın 20-də Lodz klubunun düşərgəsində olacaq. Bu barədə Polşa mətbuatı məlumat yayıb. LKS Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındadı. Millimizin üzvü də həmin toplanış zamanı komanda ilə birlikdə olacaq. Polşa yüksək liqa təmsilçisi Antalyada 4 hazırlıq matçı keçirəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC