Qurban Qurbanov: "90 dəqiqə diqqətli olmalıyıq"

“Bizim üçün çox vacib oyundu. Son vaxtların ən yaxşı komandalarından biri ilə qarşılaşacağıq". 

Presssport.az xəbər verir ki, bu fikirlər Avropa Liqasının 1/8 finalının cavab matçında “Baye”in qonağı olacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis sabah “BayArena”da keçiriləcək cavab matçında diqqətli olmağın vacibliyini vurğulayıb: “Bu stadionda yenidən oynamaq xoşdu. Bütün fikrimizi bu görüşə yönəltmişik. Sabah uğurlu nəticə qazanmağa çalışacağıq. 90 dəqiqə diqqətli olmalıyıq”.

Xatırladaq ki, komandaların Bakıdakı qarşılaşması 2:2 hesabı ilə yekunlaşıb.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC