Kənan Kərimov 2 hücumçu götürüb, baxışa gələnləri sınayacaq: "I Liqadan mənə dəvətlər vardı, amma..."

"Baxışa dəvət etdiyimiz futbolçular var. "Mingəçevir"lə Yexlaxda sabahkı yoxlama oyunundan sonra barələrində qərar verəcəyik ki, kimlər qalacaq, kimlər yox". Bu fikirləri Presssport.az-a açıqlamasında "Karvan"ın baş məşqçisi Kənan Kərimov deyib. O, "Şamaxı"nın yollarını ayırdığı gənc hücumçular - Emil Qasımov və Rövşən Şahmuradovla artıq müqaviləylə bağlı tam razılıq əldə etdiklərini söyləyib: "3-4 futbolçu var ki, onları yoxlayandan sonra gələcək taleləri dəqiqləşəcək. "Sumqayıt" və "Kəpəz"in əvəzedicilərindən baxışa oyunçular dəvət etmişik. Bunlar yarımmüdafiəçi Cavid Quliyevlə hücumçu Elcan Rəhimovdu. Hal-hazırda bu ikisi haqda oyundan sonra qərar veriləcək. İnanırsınız, gənc yerli futbolçu tapmaq baxımından çox böyük çətinlik var. Bütün klub baş məşqşçiləri bir-birimizlə bu haqda danışırıq". Kərimov "Karvan"dan gedəcəyi ilə bağlı deyilənlərin doğru olmadığını vurğulayıb: "Komandanın başındayam, bu vəziyyətdə harasa gedəsi deyiləm. Düzdür, ad çəkmək istəmirəm, öz liqamızdan başqa klublardan baş məqqçi postuyla bağlı dəvətlərim olub. Amma komandamı bu durumda qoyub heç bir yerə getmərəm". Xatırladaq ki, 48 yaşlı Kərimov "Karvan"ı hələ Region Liqasında çıxış etdiyi vaxtdan çalışdırır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC