PFL "Qəbələ" - "Qarabağ" matçını təxirə saldı - hansı tarixə?

Azərbaycan Premyer Liqasının XXIII turunun “Qəbələ” – “Qarabağ” oyunu təxirə salınıb. Presssport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb. Bildirilib ki, “Qarabağ”ın rəsmi müraciəti və “Qəbələ”nin razılıq məktubunu nəzərə alan PFL Əsasnamənin 6-cı maddəsinin 2-ci bəndinə əsasən, ağdamlıların Azərbaycanı Avropa Liqasında layiqincə təmsil etməsi məqsədilə qarşılaşmanı təxirə salıb. Görüşün hansı tarixdə baş tutacağı ilə bağlı hələ ki, qərar verilməyib. Ancaq klubların əvəzedici heyətləri arasındakı matç təqvimə uyğun şəkildə reallaşacaq. XXIII turun digər görüşləri fevralın 17-18-də keçiriləcək. Xatırladaq ki, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində rəqibi olan Portuqaliyanın "Braqa" klubunun fevralın 15-də qonağı olacaq, bundan bir həftə sonra onu qəbul edəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC