"Krasnodar" Murad Musayevin təyinatını açıqladı

“Krasnodar” yeni baş məşqçisinin Murad Musayev olduğunu açıqlayıb.

Presssport.az xəbər verir ki, klubun mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, tərəflər bu mövsümün sonuna qədər müqavilə imzalayıblar.

Musayev bu vəzifədə istefası çərşənbə günü istefaya göndərilən serbiyalı həmkarı Vladimir İviçi əvəz edib. 

"Qarabağ"ın braziliyalı sabiq yarımmüdafiəçisi Kadi Borgesin çıxış etdiyi krasnodarlılar Rusiya Premyer Liqasında 20 turdan sonra lider "Zenit"dən 1 xal geri qalaraq 2-ci yeri tutur.

Xatırladaq ki, 41 yaşlı Musayev məşqçilik karyerasına "Krasnodar"da başlayıb. O, 2018-21-ci illərdə əsas komandaya rəhbərlik edərək bürünc medal qazandırıb. O, 2021-ci ilin oktyabrından 2024-cü ilin fevralına kimi "Sabah"ı çalışdıraraq tarixində ilk medal (gümüş) və avrokuboklara vəsiqə qazandırıb.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC