"Neftçi"nin legioneri milliyə gedəsi olmadı

"Neftçi"nin legioneri Alfa Konte şərəfini qoruduğu Syerra-Leone millisinin düşərgəsinə yollanmayacaq.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb yığmanın oyunlarının ləğv olunmasıdı.

Belə ki, Syerra-Leone millisi martın 22-də və 25-də Sudan və Botsvana ilə yoldaşlıq görüşləri keçirməli olsa da, hər iki yığma komanda sözügedən matçlardan imtina edib. Bununıa da Alfa martın 23-də Moskva “Spartak”ıyla “Neftçi Arena”dakı yoldaşlıq görüşündə iştirak edə biləcək. 

Xatırladaq ki, Konte "Neftçi"yə bu ilin əvvəlində Bolqarıstanın "Lokomotiv" (Plovdiv) klubundan keçib.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC