"Sumqayıt"ın 3 legioneri milli komandalara dəvət aldı

“Sumqayıt”ın 3 futbolçusu öz ölkələrinin milli komandalarına çağırılıb.
Presssport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, müdafiəçi İsa Suliman Dünya Çempionatının Asiya zonası üzrə 2-ci təsnifat mərhələsi çərçivəsində 21 və 26 mart tarixlərində İordaniya ilə qarşılaşacaq Pakistan millisinə, hücumçu Kasimir Ninqa Afrika Millətlər Kubokunun təsnifat mərhələsi çərçivəsində 22 və 26 mart tarixlərində müvafiq olaraq evdə və səfərdə Mavritaniya ilə qarşılaşacaq Çad millisinə, yarımmüdafiəçi Tresor Mossi isə 22 və 25 mart tarixlərində beynəlxalq yoldaşlıq görüşü çərçivəsində Madaqaskar və Botsvana ilə qarşılaşacaq Burundi millisinə dəvət alıb.

 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC