Cüdo üzrə Azərbaycan birinciliyinin üçüncü yarış günü keçirilir

Bu gün cüdo üzrə 18 yaşa qədər yeniyetmə cüdoçular arasında fərdi və qarışıq komandalar arasında Azərbaycan birinciliyinin üçüncü yarış günü keçirilir. Presssport.az xəbər verir ki, Hövsan qəsəbəsi, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda qızlar və oğlanlar arasında 6 çəkidə 232 cüdoçu medallar uğrunda mübarizə aparacaq. Fərdi yarışların sonuncu günündə oğlanlar arasında -55 kq., -73 kq. və +90 kq. çəki dərəcələrində, qızlar arasında isə -44 kq., -57 kq. və +70 kq. çəki dərəcələrində qaliblər bəlli olacaq. Yarışın final görüşləri "İdman TV" ilə canlı yayımlanacaq. Final görüşləri 16:00-da keçiriləcək. Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC