Azərbaycana dağ xizəyi üzrə beynəlxalq yarışların keçirilməsi hüququ verilib.

Azərbaycana dağ xizəyi üzrə beynəlxalq yarışların keçirilməsi hüququ verilib. Presssport.az xəbər verir ki, beynəlxalq Xizək Federasiyası (FIS) tərəfindən təyin edilən ekspertlər vasitəsilə həyata keçirilən prosedurlar nəticəsində “Şahdağ” Turizm Mərkəzinə Beynəlxalq Xizək Federasiyası (FİS) tərəfindən homologasiya (yoxlanışdan keçmə) sertifikatı təqdim edilib. Sertifikata əsasən, Şahdağ Turizm Mərkəzinə Dağ Xizəyinin slalom, giqant slalom və super G növü üzrə beynəlxalq yarışların keçirilməsi hüququ verilib. Eyni zamanda, bu, həmin yarışların Beynəlxalq Xizək Federasiyasının təqviminə əlavə edilməsi imkanı yaradır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC