Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti Vilnüsə səfər edib

Litva Respublikası Milli İdman Agentliyinin dəvətinə əsasən, qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə Gənclər və İdman Nazirliyinin (GİN) nümayəndə heyəti Vilnüs şəhərinə səfər edib. Presssport.az GİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti “NBA Basketball School” basketbol məktəbinə və Litva Böyük Hersoqlarının Sarayına ekskursiya ediblər. Ardınca Litva Körlinq Federasiyasının baş katibi ilə görüş keçirilib və qeyd edilən idman növünün ölkəmizdə inkişafı barədə danışıqlar aparılıb. Səfər müddətində Vilnüs şəhərində yerləşən tennis, badminton və squaç idman növləri üçün nəzərdə tutulan “SEB” Arenaya ziyarət təşkil olunub. Daha sonra İdman Agentliyinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə idmanın inkişafı, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC