Lider 3 yoxlama oyunu keçirəcək, 2 rəqib bəllidi

I Liqada qış fasiləsinə lider kimi yollanan "Qaradağ Lökbatan" dövrələrarası fasilədə 3 yoxlama matçı keçirəcək. Bu haqda Presssport.az-a danışan komandanın baş məşqçisi Azər Həşimov 2 rəqibin müəyyənləşdiyini deyib: "Yanvarın 25-də MOİK-lə, 31-də "İmişli"ylə yoxlama matçı keçirəcəyik. Matçlar hazırlıq keçdiyimiz Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq. İlk sınaq oyunumuzu yanvarın 21-22-də keçirmək fikrindəyik. Hələ ki rəqib bəlli deyil, cavab gözləyirik". Xatırladaq ki, MOİK-lə "İmişli" turnir cədvəlində 3-4-cü pillələrdə qərarlaşaraq lökbatanlıların Premyer Liqaya vəsiqə uğrunda əsas rəqiblərindəndi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC