Cüdo üzrə uşaqlar üçün kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib

Cüdo üzrə uşaqlar üçün Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib. 

Presssport.az xəbər verir ki, imtahanda 250-dən çox cüdoçu müvafiq yaş uyğunluğuna əsasən müxtəlif kəmər dərəcələri üzrə imtahan verib. İmtahanı uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib. 

ACF-in idman direktoru Kamran Talıbov bildirib: “Bu gün Azərbaycan Cüdo Federasiyası sayca 4-cü imtahını keçirib. Bundan öncə Bakı, Gəncə və Sabirabad şəhərlərində kəmər dərəcələri üzrə imtahanlar təşkil olunub. Bundan sonra da il ərzində müxtəlif rayon və şəhərlərdə kəmər dərəcələri üzrə imtahanların keçirilməsi planlaşdırılır. Bu gün keçirilən imtahanda ümumilikdə 250-dən çox idmançı müxtəlif kəmər dərəcələri üzrə imtahan verib Bu imtahanın əsas məqsədi uşaqların ilkin biliklərini, texniki bacarıqlarını yoxlamaq və fənd bazalarını genişləndirməkdir. Bu fəndlər, gələcək yarış və turnirlərdə onlara çox kömək edəcək". Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC