"Turan Tovuz"un müdafiəçilərinə milli dəvət - Marandiçinin getməməsinə çalışılır

"Turan Tovuz"un legionerlərinə milli komandalarından dəvət gəlib.

Presssport.az xəbər verir ki, panamalı müdafiəçi Roderik Millerlə moldovalı həmkarı Denis Marandiçi fasilədə yığmalarının düşərgələrində olmaları haqda klublarına rəsmi məktub daxil olub.

Sadəcə, Marandiçi zədəli olduğundan xeyli vaxtdı oynamır və onun getməməsi üçün müayinələrinin nəticələri moldovalılara göndərilərək cavab gözlənilir.

Miller isə martın 27-də düşərgəyə dönəcək və bu o deməkdi ki, Qəbələ təlim-məşq toplanışını avtomatik buraxmalı olacaq.

Xatırladaq ki, tovuzlular martın 21-dən 25-dək Qəbələdə hazırlıq keçəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC