Gəncə veteranları Sərxan Hacıyevə rəsmi məktub göndərdilər - AFFA-da görüş üçün

Gəncə futbol veteranları AFFA-nın baş katibi Sərxan Hacıyevlə görüşlə bağlı rəsmi müraciət edib. Belə ki, bu gün Gəncə şəhər "Futbol İctimai Birliyi"nin veteranlarının sədri Tofiq Məmmədovun adından assosiasiyanın əsas rəhbər şəxslərinddən birinə məktub göndərilib. Hacıyevdən xahiş olunur ki, bir qrup "Kəpəz" Futbol Veteranları ilə "Kəpəz"in PFK-nin rəhbəri İlqar Nadirinin iştirakı ilə AFFA-nın bir qrup nümayəndələri ilə görüş təyin etsin: "Bizlərə bu görüşdə İlqar Nadirinin iştirakı ilə "Kəpəz" PFK-nin idarəçiliyində olan nöqsanların aradan qaldırılmasında köməklik edəsiniz. Onu da nəzərinizə çatdırıq ki, dəfələrlə müraciət etməyimizə baxmayaraq, nöqsanlar hələ də öz həlli yolunu tapmayaraq olduğu kimi qalır". Görüşdə iştirakçılar 5 nəfər nəzərdə tutulub. Bunlar Tofiq Məmmədovla onun müavini Firuz Qulami, "Kəpəz"in sabiq məşqçiləri Vidadi Rzayevlə Ceyhun Tanrıverdiyev və işdən çıxarılan mühafizə xidmətinin sabiq rəisİ Elmar Əliyevdi. Məktubun sonunda qurum adından AFFA-nın baş katibinə minnətdarlıq bildirilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC