"Qarabağ"ın rəqibi 35 yaşlı futbolçuyla yollarını ayırdı

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ”ın rəqibi olan “Braqa” futbolçusu ilə yollarını ayırıb. Presssport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Andre Kastro Portuqaliya klubundan gedib. Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib. 35 yaşlı Kastro son 3,5 ili "Braqa"da keçirərək 112 matçda 5 qol vurub. Komandanın kapitanlarından olmuş portuqaliyalı futbolçu 2020/21 mövsümündə ölkə kubokunu başı üzərinə qaldırıb. Xatırladaq ki, “Qarabağ”ın “Braqa”ya qarşı ilk oyunu fevralın 15-də səfərdə, cavab görüşü isə bir həftə sonra evdə keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC