Milli komandamız Tanzaniya və Monqolustan yığmalarıyla qarşılaşacaq

FİFA Bakıda milli komandalar arasında beynəlxalq turnir təşkil edəcək. Presssport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, dünya ali futbol qurumunun layihəsinə əsasən, təqvimdə olan rəsmi yoldaşlıq oyunlarının əvəzinə fərqli konfederasiyalardan yığmaların iştirakı ilə mini turnir təşkil olunacaq. Dörd komandanın qatılacağı ilk belə yarışlardan birinin martda Bakıda keçirilməsi nəzərdə tutulub. Avropadan ölkəmizlə yanaşı, Bolqarıstan, Afrikadan Tanzaniya, Asiya qitəsindən isə Monqolustan milli komandaları turnirdə mübarizə aparacaqlar. İlk dəfə təşkil olunacaq yarış barədə ətraflı məlumat (təqvim, püşk, stadionlar və s.) daha sonra veriləcək. AFFA FİFA-nın yeni layihəsini dəstəkləyir və təşkilati işləri yüksək səviyyədə həyata keçirəcəyini əminliklə ifadə edir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC