Stend və güllə atıcılığı idman növü üzrə Azərbaycan Kuboku start götürüb

Bu gün stend və güllə atıcılığı idman növü üzrə Azərbaycan Kuboku start götürüb.
Presssport.az xəbər verir ki, Bakı Atıcılıq Kompleksində  keçirilən yarışda Azərbaycan Respublikasında fəaliyyət göstərən idman məktəbləri, klubları və cəmiyyətlərini təmsil edən 50-dən çox atlet öz gücünü sınayacaq.
Kişilər, qadınlar, oğlanlar, qızlar arasısnda stend atıcılığının dairəvi və səngər növləri üzrə fərdi yarışlar, qarışıq komanda yarışları, güllə atıcılığı üzrə kişilər, qadınlar, oğlanlar, qızlar arasında 25m tapança, 50m tapança 10m pnevmatik tapança/tüfəng və 10m pnevmatik tapança/ üfəng qarışıq komanda yarışları üzrə qaliblər müəyyənləşəcək.
Turnir aprelin 6-dək davam edəcək.

 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC