Borisov 0:3-də oyunçularından razı qalıb: "Onlar da düzələcək səhvlərdi"

Azərbaycan futzal millisinin baş məşqçisi Vitali Borisov Çexiya ilə yoxlama oyunundan sonra açıqlama verib.

Presssport.az Azərbaycan Futzal Federasiyasnın rəsmi saytına istinadən xəbər verir ki, gənc mütəxəssis 0:3 hesabı ilə uduzduqları oyunun maraqlı keçdiyini vurğulayıb: "Uşaqlardan razı qaldım. Nə demişdimsə, hansı tapşırıqları vermişdimsə, icra etdilər. Sadəcə, qol vura bilmədik. Rəqibin sürətinə dözdülər. Standart vəziyyətdən qol buraxmadıq. Oyunu 7-8 futzalçı ilə keçirdik. Fərid Abbasov da ikinci hissədə yüngül zədələndi".

Borisov məğlubiyyətə baxmayaraq, komandasından razı qalıb: "Səhvlərimiz oldu, rəqib də bundan maksimum istifadə etdi. Onlar da düzələcək səhvlərdir. Bu matçda 3 futzalçı millinin heyətində debüt etdi. Eldar bir qədər fərqli oyunçudur. O, “stolb” kimi çıxış edir. Ona görə atletik oyuna üstünlük verən komandalara qarşı mübarizə çətin alınır. Ancaq Mirzə ilə Fərid verdiyim tapşırıqları yerinə yetirdilər”.

Xatırladaq ki, millimiz çexlərlə bu gün bir daha qüvvəsini sınayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC