Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin növbəti iclası keçirilib

Azərbaycan Tələbə Futbol Federasiyası (ATFF) İctimai Birliyinin İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Presssport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ATFF-nin prezidenti Firudin Qurbanov tələbə futbolunun 2023-cü il mövsümünün yekunlarına dair çıxış edib, gündəlikdə duran əsas məsələlər barədə fikirlərini bildirib, federasiyanın 2021-2025-ci illər İnkişaf Konsepsiyasının müddəaları ilə bağlı zəruri məsələlərə toxunub, tələbə futbolunda görülmüş işləri və həyata keçirilməsi vacib olan tədbirləri qeyd edib.

 

Daha sonra ATFF-nin icraçı direktoru Elnur Abdullayev ötən il ərzindəki fəaliyyət haqqında federasiyanın hesabatını təqdim edib. Baş katib Lətif Novruzov ilk dəfə ölkəmizdə keçirilən Azərbaycan Tələbə Liqasının ötən ildəki fəaliyyətinin yekun hesabatını səsləndirib.

 

İclasda gündəlikdə duran cari məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Sonda Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilmiş tələbələr arasında futzal turnirin keçirilməsi üçün hazırlıq işlərinə başlanılması qərara alınıb.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC