“Gəncə” pley-off şansını saxlamaq üçün daha əzmlə mübarizə aparsa da" - sabiq kapitanı

“Rəqib ev sahibliyi üstünlüyündən uğurlu istifadə etdi”. Presssport.az xəbər verir ki, bunu “Xəzri”nin kapitanı Amil Həmzəyev Azərbaycan Basketbol Liqasının XI turunda 96:89 hesabı ilə məğlub etdikləri “Gəncə” ilə səfər oyunu barədə danışarkən deyib.

Klubun mətbuat xidmətinə fikirlərini bölüşən təcrübəli basketbolçu keçən mövsüm kapitanı olduğu gəncəlilər üzərində çətin qalibiyyət əldə etdiklərini bildirib: “Oyun gərgin keçdi. Görüşə yaxşı başlamışdıq. Matçdan öncə də başabaş mübarizə olacağını gözləyirdik. “Gəncə” pley-off şansını saxlamaq üçün daha əzmlə mübarizə aparsa da, təcrübəmizi ortaya qoyaraq qalib gəlməyi bacardıq”.

Qarşılaşmada 21 xal, 12 ribaund, 3 assistlik performans sərgiləyən Azərbaycan millisinin üzvü öz çıxışını da dəyərləndirib: “Bu, təkcə mənim yox, həm də komanda yoldaşlarımın əziyyətinin bəhrəsidi. Yaşımı da nəzərə alsaq, ümumi olaraq yaxşı formadayam. Qarşıdan millinin oyunları gəlir. Ümid edirəm ki, orada da yaxşı çıxışımı davam etdirəcəm. Hər zaman əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam”.

Qeyd edək ki, xallarının sayını 20-yə çatdıran “Xəzri” turnir cədvəlində liderliyə yüksəlib.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC