Ağırlıqqaldırma üzrə yığma komandalarımız Türkiyədə təlim-məşq toplanışındadı

Ağırlıqqaldırma üzrə kişilər və qadınlardan ibarət yığma komandalarımız Türkiyədə təlim-məşq toplanışına start verib. Presssport.az xəbər verir ki, məqsəd fevral ayının 12-20-də Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatı, həmçinin digər beynəlxalq yarışlara daha yaxşı hazırlaşmaq, idmançıların hazırlıq səviyyəsini yüksəltməkdir. Toplanış Türkiyənin müvafiq yığma komandaları ilə birlikdə təşkil olunur. Kişilər yığmamız Maxtı Makkayevin rəhbərliyi altında Çorum şəhərində, qadınlar yığmamız isə Sərdar Həsənovun rəhbərliyi altında Ankara şəhərində hazırlaşırlar. Komandalarımız bütün lazımi şəraitlə təmin olunublar, məşq prosesi plana uyğun aparılır. Toplanış yanvarən 25-nə qədər davam edəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC