"Tam hazır deyiləm, axsamalar var" - "Araz-Naxçıvan"ın yeni futbolçusu

"Hələ tam hazır deyiləm. Xüsusilə də fiziki planda axsamalar var". Presssport.az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın "Sabah"dan icarəyə götürdüyü futbolçusu İldar Alekperov Naxçıvan təmsilçisinin mətbuat xidmətinə açıqlamasında deyib. Gənc yarımmüdafiəçi "Zirə" ilə yoxlama matçında (1:2) fasilədən sonra meydana çıxdığını xatırladıb: "Oyundan sonra baş məşqçi ilə də söhbətimiz oldu, fikirlərini dinlədim. Əlbəttə, onun dedikləri çox önəmlidir. Elə etməliyəm ki, çempionatın bərpasına qədər çatışmazlıqları aradan qaldırım”. Alekperov yeni klubu ilə bağlı ilkin təəssüratlarını da bölüşərək, ona inanaraq komandaya dəvət etdiyinə görə məşqçilər heyətinə təşəkkürünü çatdırıb: "Bu mövsüm “Sabah”ın heyətində demək olar oynamırdım, nadir hallarda meydana çıxırdım. Müqavilə ilə məxsus olduğum klub təcrübə qazanmağım üçün icarə əsasında da olsa, özümü oynaya biləcəyim bir komandada sınamaq şansı yaratdı. Artıq bir neçə gündür “Araz-Naxçıvan”ın düşərgəsindəyəm. Təbii ki, yeni komanda və heyət üzvlərinin arasına düşmüşəm və uyğunlaşmaq üçün az da olsa, zaman lazımdı. Uşaqlar yaxşı qarşıladılar, aralarında tanıdıqlarım da var. Atmosfer yaxşıdı, baxıram, hamı oynamaq istəyir, bunun üçün çalışır".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC