Abasov müdafiəçilərindən çox narazı qalıb: "Özümüz gərginlik yaradırdıq, bizim futbolçular da ayılarlar"

“Sumqayıt” Premyer Liqanın XXIII turunda səfərdə "Kəpəz"lə 1:1 hesablı heç-heçə edib. 

Presssport.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov oyundan sonra keçirilən mətbuat konfransına görüş haqda danışmaqla başlayıb.

- Azarkeşlərimizə təşəkkür edirəm. Tovuz çox ağır səfərdi. İki həftə əvvəl də burda olmuşuq. Futbolçularım ağır görünürdü. Oyunun əvvəlində 1-2 epizod yaratdıq. Təəssüf ki, ağır hərəkət etməyimiz, gec qərarlar verməyimiz istədiyimiz kimi oynamağa imkan vermədi. Amma səfərdə 1 xal qazana bildik. Digər oyunlara yaxşı hazırlaşacağıq. Bu gün bir çox şeylər məni razı salmadı. Müdafiəçilərimiz ən pis oyunlarını keçirdilər. "Qarabağ"la matçdakı yorğunluqdan irəli gələ bilər. 

- 2 xal itirdiniz, yoxsa 1 xal qazandınız?

 - Bilmirəm. Oyunun gedişatı heç üzəyimcə deyildi. Özümüz gərginlik yaradırdıq. İtirdiyimizi və ya qazandığımızı növbəti üç oyundan sonra biləcəyik.

- Oyunun bu qədər gərgin keçməyi sizcə anormal deyil? 

- "Kəpəz" evdə oynayır, azarkeşlər öz komandalarını dəstəkləyirlər. Bunun yaxşı tərəfi də var. Bizim oyunçular da ayılarlar. Gərginliyin hardan irəli gəldiyini bilmirəm. Futbolçular udmaq istəyirdi. Rəqib futbolçuları qınaya bilmərəm. 

- Sizcə, "Kəpəz" "Zirə" və "Neftçi"yə qarşı da belə oynayacaq? 

- Oynayacaqlar. Amma bütün aparıcı oyunçuları qırmızı vərəqə aldı. Bu öz təsirini göstərəcək. 

- Komanda son üç oyunda təzyiqin altından çıxa biləcək? - Biz çox planları pozmuşuq. Düşünürlər ki, bu imkanlarla necə olur ki, "Sumqayıt" bu yerdədir. Amma biz bu təzyiqin altından çıxmalıyıq.

  • - Gərginlik vurduğunuz qoldan sonra başladı ki, “Fair Play” pozuldu. Hətta həmkarınız Adil Şükürov kapitanınız Elvin Bədəlovu yanına çağıraraq onunla bu haqda söhbətləşdi…
  • - Həmin anda nə baş verməsindən xəbərim yoxdu. Gərək futbolçularımdan soruşum.  

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC