Qara Qarayevlə Emin Mahmudovu "Zirə" heyətinə cəlb edir? - AÇIQLAMA

"Qarayla keçən ilə görüşmüşdüm. "Qarabağ"dan ayrıldıqdan sonra onu "Zirə"yə gətirmək istəyirdik. O, "Neftçi"yə keçdi və orda oynamağa qərar verdi. İndi isə elə vaxtda azad agent kimi qaldı ki… Təbii ki, onun kimi futbolçunu hər bir komanda heyətdə görmək istəyər. Sadəcə, indi bizdə onun mövqeyində 4-5 oyunçu var. Qara ilə bu il danışığımız olmayıb. Düzü, ötən mövsüm onu komandaya gətirməkdə israr edirdim. Lakin o, sonda "Neftçi"ni seçdi".

Presssport.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov "Neftçi"dən ayrılan və hazırda azad agent statusu daşıyan Qara Qarayevin xidmətində maraqlı olub-olmadıqlarıyla bağlı sualı cavablandıarkən deyib.

Demək olar ki, Qaranın qərarından sonra inciklik olub? Sadıqov bunun olmadığı cavabını verib: “Onunla münasibətimiz elədir ki, bu qərarı münasibətimizə təsir etməz. Məni də sıxan müəyyən nüanslar var. Qara oynamalı olan futbolçudu. Hardasa qalmaq onun üçün yaxşı olmaz. Qara matçlarda iştirak etməlidi, iddialı futbolçudu. Onunla münasibətimiz qaydasındadır. Futbol haqda söhbətlərimiz də olur. Lakin transfer barədə onunla danışığımız olmayıb”.

Kapitanlıq əlindən alınna Emin Mahmudovun da “Neftçi”dən qalacağı gözlənilmir. Maraqlıdı, “Zirə” bəs onu heyətində görmək istəyərdi?: "Təbii ki, hamı bunu istəyər. Futbolda uğursuz periodlar olur. Kapitan kimi məsuliyyətin böyük hissəsi ona düşür. Məncə, Emin "Neftçi"də layiqli kapitan olub. Roman Qriqorçuk təcrübəli mütəxəssisdi. Məncə, Mahmudov yoluna davam etməlidi. Bizi əvvəlki oyunları ilə sevindirməlidi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC