Bojoviç azarkeşlərdən üzr istədi: "Bu məğlubiyyətlər reputasiyama mənfi təsir göstərməyəcək, CV-də..."

“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Premyer Liqanın XXXIII turunda “Qarabağ”a səfərdə 0:5 hesabıyla uduzduqları matçdan sonra mətbuat konfransı keçirib.

Presssport.az xəbər verir ki, monteneqrolu mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

– Üzgünəm, hər şeydən öncə azarkeşlərdən üzr istəyirəm. Onlar bizə dəstək oldu, amma asan şəkildə məğlub olduq. Asan qollar buraxdıq. Cinahlarda boşluqlarımız var idi. Qırmızı vərəqədən sonra aydın idi ki, çətin olacaq.

– Azarkeşlər komandanı boykot etmişdi. Lakin rəhbərlik xahiş etdi bə onlar meydanlara qayıtdı. Amma bu gün “Neftçi” sanki meydana çıxmamışdı…

– Hər oyuna qələbə üçün çıxırıq. Rəqib “Qarabağ” idi, lakin qələbəyə ümidli idik. “Sumqayıt” və “Sabah”la oyuna baxdıqda bunu görürdük ki, oynamaq olar. Matçdan sonra səhvlərimizə baxıb nəticə çıxaracağıq.

– Oyun planınız nədən ibarət idi?

– Pressinq edib topu mərkəzdə saxlamaq niyyətində idik. “Sumqayıt”la oyunda da bu, belə idi. Düşünürdük ki, bununla nəyəsə nail olmaq olar. Amma sanki “Qarabağ” əvvəlki oyunlarda olduğu kimi deyildi. Bu gün meydanda fərqli komanda görürdük. Erkən qol buraxdıq, ondan sonra çətin oldu.

– Əvvəlki komandalarınızla “Neftçi”ni müqayisə etdikdə, indiki komandanız barədə nə deyə bilərsiniz?

– Məncə, bu haqda mətbuata danışmaq olmaz, bunu öz aramızda müzakirə etməliyik. Mübarizə ruhu yüksək olmalıdı. Heyətimizdə keyfiyyətli oyunçular var. Lakin təktəbət oyunlarda məğlub olurlar.

– İlk məşqçisiniz ki, 4 oyunda “Qarabağ”dan 17 qol buraxırsınız…

– Hər zaman rekordlar və antirekordlar var. Hesabın fərqi yoxdu, məğlub olduq. Bu məğlubiyyətlər reputasiyama mənfi təsir göstərməyəcək, CV-də “Neftçi”nin baş məşqçisi olduğu yazılacaq.

– Qeyd etdiniz ki, “Qarabağ” “Sumqayıt” və “Sabah” fərqli oynadı. Bu fərqə səbəb nə idi?

– “Qarabağ” “Sumqayıt”la oyunda yaxşı oynadı. Bəxt və hakim məsələsi oyunda müəyyən qədər rol oynadı. “Qarabağ” həmin oyunlardakı kimi oynamadı. Onlar bu gün hücumda daha aktiv idi.

– Avrokuboklara getməyib heyəti yenidən formalaşdırmaq daha yaxşı olmaz? 

– Bu suallar bağlı şərh verə bilmərəm. Çünki bu, səlahiyyətimdə deyil.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC