"Real" İspaniya çempionu oldu - 36-cı dəfə

İspaniya Primerosunda 2023/24 mövsümünün qalibi müəyyənləşib.

Presssport.az xəbər verir ki, bu, "Real"dı. 

Madrid təmsilçisi XXXIII turda "Kadis"ə evdə 3:0 hesabı ilə qalib gəlib və xalını 87-yə yüksəldib. "Real"ın ən yaxın izləyicisi "Barselona" isə "Jirona"ya məğlub olub - 2:4. 

Bu görüşdən sonra "Kral klubu" çempionluğu rəsmiləşdirib. Karlo Ançelottinin komandası turnirin başa çatmasına 4 tur qalmış rəqibləri üçün əlçatmaz olub. Bununla da "Real" tarixində 36-cı dəfə ölkə çempionu tituluna yiyələnib.

Onu da bildirək ki, "Jirona" qələbə ilə turnir cədvəlində 74 xalla 2-ci pilləyə yüksəlib. "Barselona" isə 73 xalla 3-cü pilləyə enib.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC