"Sabah" bəxt sayəsində qalib gəldi" - Baxşıyev

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının XXXIII turunda öz meydanında "Sabah"a 0:1 hesabı ilə məğlub olub.

Presssport.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransına görüş haqda fikirlərini bildirməklə başlayıb. 

  • Oyunu iki hissəyə ayırardım. İlk yarıda meydanda istədiyim komandanı görə bilirdim. Çoxlu hücum etdik. Son nöqtəni qoymaqda çətinlik çəkirdik. Komandanın əzmkarlığından razı qaldım. Qarşıda üç oyun var. İnanıram ki, daha artığını edə bilərik.

- Bəxtinizin gətirmədiyini demək olar?

- Bəli, "Sabah" bəxt sayəsində qalib gəldi. Onların qələbəsinə kölgə salmaq istəmirəm. Amma bu futbolun bir hissəsidi. Epizodları dəyərləndirməyəndə qapında belə qol görməlisən.

- İkinci hissədə ilk yarıdakı oyunu davam etdirmək üçün nə çatmadı?

- İkinci hissənin ilk 15-20 dəqiqəsində oyun ritmindən düşdük. Rəqib həmin anlarda üstünlük qazandı. Zaman keçdikcə ritmə qayıtdıq. Məğlub olmaya bilərdik. Bu gün şans rəqibin tərəfində idi.

- Yeni mövsüm üçün hansı planlarınız var?

- Gələn mövsüm barədə danışıq olmayıb. Çempionatı başa vurmaq lazımdı. Hər oyuna yüksək hədəf üçün çıxırıq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC