"Qarabağ"dan son 25 ilin rekordu

“Qarabağ” Premyer Liqanın 2023/24 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb.

Presssport.az xəbər verir ki, Qurban Qurbanovun komandası buna XXXIII turda nail olub. “Neftçi” üzərində 5:0 hesablı qələbə ilə öz meydanındakı qol sayı 50-yə yüksəlib.

Bu, klubun tarixində yeni rekorddu. Ağdam təmsilçisi 2021/22 mövsümündə evdə 47 qol vurmuşdu.

Bu, həm də Azərbaycan çempionatlarında son 25 ilin rekordudu. Yarışın tarixinin mütləq rekordu isə Sumqayıt “Xəzər”inə məxsusdur. Belə ki, 1992-ci ildə sumqayıtlılar qonaqların qapısından 70 top keçirib. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC