ABL-də yarımfinal oyunlarının tarixləri dəqiqləşib

Azərbaycan Basketbol Liqasında (ABL) yarımfinal mərhələsinin oyunlarının tarixləri dəqiqləşib.

Presssport.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, oyunlar mayın 7, 8, 10 və 11-də "Sərhədçi" İdman Mərkəzində keçiriləcək.

Yarımfinallarda iki qələbə qazanan klublar finala yüksələcəklər. Komandalar hərəyə bir qələbə qazanacağı təqdirdə, mayın 13-də seriyanın 3-cü oyunları baş tutacaq.

7 may

19:30. "Sabah" - "Xırdalan"

8 may

19:30. "NTD-İndiqo" - "Xəzri"

10 may

19:30. "Xırdalan" - "Sabah"

11 may

19.30. "Xəzri" - "NTD-İndiqo"

 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC