"Baku Sportinq"dən çempionluğa doğru böyük addım - baş məşqçisinin 50 illik yubileyində

Bu gün II Liqada XXXIII tura start verilib.

Presssport.az xəbər verir ki, lider “Bakı Sportinq” turun mərkəzi matçında səfər qələbəsiylə sona 2 tur qalmış çempionluğu böyük ölçüdə təmin edib. Özü bu, baş məşqçisi Elman Sultanovun 50 illik yubileyində olub. 

Hazırda 3-cü pillədə yer alaraq 1 oyunu ehtiyatda olan “Füzuli” sabah “Göygöl”lə səfər matçında xal itirərsə, "Baku Sportinq"in yekunda 1-ci olacağı dəqiqləşəcək.

Onu da bildirək ki, lider ən yaxın izləyicisi “Cəbrayıl”ı hər 2 görüşdə məğlub etdiyindən (4:1 və 1:0) şəxsi oyunlarda üstünlüyə malikdi.

6 may (bazar ertəsi)

"Cəbrayıl" - "Lerik" - 1:0

Qol: Ruslan Voronsov, 66

"Qusar" - "Bakı Sportinq" - 1:2

Qollar: Vüqar Əşrəfli, 38 - Röyal Nəcəfov, 24 (pen), 48

“Kürmük Qax" - "Şəmkir" - 0:4

Qollar: İlkin Əliyev, 5, 54, Məzahir Əhmədov, 27, Sahib Cümşüdov, 66

“Kür-Araz" - “Şəki Siti" - 4:3

Qollar: Cavid İmamverdiyev, 17, 48, 78 (pen), Osman Soltanov, 30 (avtoqol) - Yusif Cəfərov, 2 (pen), Yusif Dilanov, 5, Süleyman Rauflu, 70

1. Baku Sportinq 24 18 4 2 61-22 58
2. Cəbrayıl 24 17 1 6 74-36 52
3. Füzuli 23 14 8 1 53-27 50
4. Şahdağ Qusar 23 14 6 3 71-22 48
5. Qusar 24 14 3 7 56-32 45
6. Kür-Araz 24 12 2 10 57-43 38
7. Sheki City 24 10 5 9 43-39 35
8. Göygöl 23 10 2 11 41-49 32
9. Dinamo 23 7 3 13 42-66 24
10. Ağdaş 23 5 5 13 26-45 20
11. Şəmkir 24 6 1 17 32-61 19
12. Lerik 24 5 4 15 32-56 19
13. Şəfa 23 5 2 16 28-73 17
14. Kürmük Qax 24 4 2 18 25-70 14
Bombardirlər:
Tural Qurbatov ("Şahdağ Qusar") - 28 qol
Elvin Nəsibov ("Cəbrayıl", "Füzuli") - 23 qol
Vüqar Əşrəfli ("Göygöl", "Qusar") - 21 qol
Röyal Nəcəfov ("Baku Sportinq") - 18 qol
Cavid İmamverdiyev ("Kür-Araz") - 18 qol

 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC