Tsxadadze ilk qələbəsini şərh etdi: "Azərbaycanda futbolun inkişafı üçün hər cür imkan var, çempionatda azarkeş çatışmır"

"Qəbələ" Azərbaycan Premyer Liqasının 33-cü turunda səfərdə "Səbail"i 3:2 hesabı ilə məğlub edib.

Presssport.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Tsxadadze matçdan sonra keçirilən mətbuat konfransına bu postda ilk qələbəsiylə bağlı təəssüratlarını bölüşməklə başlayıb. 

- Azarkeşlər üçün maraqlı oyun oldu. Mübarizə və qollar gördük. Bu da inkişaf üçün yaxşıdı. Gənc uşaqlar bu səviyyədə sona qədər mübarizə apardı. Futbolçularımı təbrik edirəm. İki debütantımız da var idi. Sevinmək üçün xüsusi bir şey yoxdu. Sonuncu pillədəyik. Cavanlara görə sevinirəm ki, onlar özlərini meydanda hiss etdilər. Qələbəni də həmçinin. Ümidvaram ki, bu cür davam edəcəklər və qalan görüşlərdə özümüzü yaxşı tərəfdən göstərəcəyik. Onlar yaxşı məşq edirlər, hətta daha yaxşı oynaya bilərlər.

- İndiyə qədər niyə alınmırdı və bu gün alındı?

- Öncəki oyunlarda daha çox epizod yaradırdıq, nəinki bu gün. Epizodlarda soyuqqanlılıq, keyfiyyət özünü göstərməlidi. "Neftçi" qapıya bir zərbə vurdu, uddu. Biz isə 5 qol epizodunu boşa verdik. Ustalıq tək texnika deyil, psixologiya da var. Komanda çox uduzurdu deyə, inanmsızlıq yaranırdı. Komanda sonuncu pillədədi. Mental hazırlıq çatışmırdı.

- Burda olmadığınız zamanda Azərbaycan çempionatının və hakimliyin səviyyəsi dəyişib?

- Hakimlik haqda şərh verməyəcəm. Onlara hörmətlə yanaşıram. Birinci hissədə əsəbi idim, amma üzrxahlıq etdim. Suallar hər zaman olur. Amma artıq bağlandı. "Qarabağ" tamam başqa səviyyədədi. Digərləri isə hamısı eyni gücdədi. Hamı bir-birini məğlub edə bilər. Bu da maraqlıdır. Azərbaycan çempionatında azarkeş çatışmır. Bu çempionat daha çox azarkeşə layiqdir. Azarkeşlər çempionatı dəstəkləməlidi. Çox istəyərdim ki, onlar çox gəlsin. Çempionat azarkeşsiz maraqsızdı. Daha çox gələcəklər, Premyer Liqanın səviyyəsi də artacaq. Bölgələrdə azarkeş problemi yoxdu, Bakıda isə var. Azarkeşlərə hörmətlə yanaşıram. Görün, nə qədər komanda avrokuboklar uğrunda mübarizə aparır. "Xəzər Lənkəran", "Qəbələ", "Bakı", "İnter" kimi çox yaxşı komandalar var idi. "Neftçi" də həmişə "Neftçi"di. Hər zaman burda liqa çətin idi, indi də. Futbolçuların adlarına görə başqa səviyyədə idi. Çünki maliyyə məsələsi də var. Məncə, bu da qayıdacaq. Çünki çempionat inkişaf edir, bura maraq da çox olacaq. Azərbaycan gözəl ölkədi, stadionlar da gözəldi. "ASCO Arena"nın süni örtüklü meydançası da əla idi. Daha da inkişaf etmək üçün hər cür imkan var.

- Elitadan düşməyiniz reallaşıb deyə, futbolçular daha rahat oynayırlar?

- Çətindir demək. Bir çox detallar bir-birinə bağlıdı. Əvvəl olmayan şeylər bu gün oldu. Əvvəlki matçlarda çox epizod yaradırdıq, vura bilmirdik. Gənc futbolçular üçün Premyer Liqada oynamaq xoşdu. Futbolçu birinci dəfə oyuna çıxırsa, onun üçün komandanın liqadan düşüb-düşməməsi önəmli deyil.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC