Dekabrın ən yaxşı qoluna 5 iddiaçı bəlli oldu

Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Premyer Liqasında 2023-cü ilin dekabr ayında vurulan ən yaxşı 5 qolun videosunu hazırlayıb. Presssport.az PFL-in sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, bu qolların müəllifləri Anatoli Nuriyev ("Sabah, XV tur, "Kəpəz"in qapısına), Erik Sorqa ("Sumqayıt", XVI tur, "Qarabağ"ın qapısına), Yassin Benzia ("Qarabağ", XVI tur, "Sumqayıt"ın qapısına), Turan Manafov ("Araz-Naxçıvan", XVII tur, "Sabah"ın qapısına), Fərid Nəbiyevdi ("Turan Tovuz", XVII tur, "Zirə"nin qapısına). Ayın ən yaxşı qolu isə azarkeşlərin səsverməsi nəticəsində müəyyənləşəcək. Səsvermə yanvarın 15-də saat 18:00-dək davam edəcək. Xatırladaq ki, noyabrın ən yaxşı futbolçusu Rövlan Muradov ("Sumqayıt") seçilmişdi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC