Tanınmış idmançının oğlu qızıl medal qazandı

Azərbaycan millisinin və “Qəbələ” İdman Klubunun cüdoçuları növbəti uğurlarına imza atıblar.

Pressport.az xəbər verir ki, idmançılar Göygöldə keçirilən yeniyetmələr arasında Avropa kubokunda fərqlənib.

Cüdoçular yarışda 1 qızıl və 1 bürünc medal əldə edib. 81 kq çəkidə çıxış edən Mehdi Abbasov bütün rəqiblərinə qalib gəlib. Qızıl medal qazanan idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Hüseyn Eyvazlı 90 kq çəkidə fərqlənib. O, Avropa kubokunun bürünc medalına yiyələnib.

Turnirdə 14 ölkədən 323 idmançı mübarizə aparır.

Onu da bildirək ki, Mehdi tanınmış MMA döyüşçüsü, Vətən müharibəsi iştirakçısı Bəxtiyar Abbasovun oğludu.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC