Faiq Qarayev: “Qızıl Avropa Liqasında yaxşı nəticə əldə etmək üçün müəyyən qədər təcrübəmiz var"

Qızıl Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti məşqinə çıxıb. 

Presssport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan məşqdən sonra yığmanın baş məşqçisi Faiq Qarayev jurnlistlərin suallarını cavablandırıb.

Təcrübəli mütəxəssis məşq proesesinin yaxşı keçdiyini söyləyib: “Qızıl Avropa Liqasında yaxşı nəticə əldə etmək üçün müəyyən qədər təcrübəmiz var. Qalibiyyət barədə danışmaq üçün hələ çox tezdi. Məğlub olmaqdan qorxmaq lazım deyil. Yığmaya qayıtmağımın səbəbi Azərbaycanda voleybolun inkişaf etdirilməsidi. Hazırda əsas hədəfimiz 2026-cı ildə Bakıda keçiriləcək Avropa çempionatıdır. Artıq indidən hazırlıqlara başlamışıq. Bu turnir üçün xaricdə oynayan gənc idmançılarımızı milliyə qaytarmalıyıq. Onların Vətənə qayıtmağı bizim üçün önəm kəsb edir. Hazırda millinin heyətində əsasən gənclərdir. Onlara təcrübələrini artırmaq üçün ən azı 1,5 il vaxt lazımdır. Hələ böyüməlidirlər. Voleybolumuz hər il daha da inkişaf etməlidi. Hər birinə uğurlar arzu edirəm. İstəyim odur ki, bu idman növü Azərbaycanda öz yerini tapsın”.

Qarayev millinin keçmiş üzvü Odina Əliyevanın yığmaya çağırılıb-çağırılmayacağı ilə bağlı məsələyə də aydınlıq gətirib: “Heç bir oyunçu ilə problemim yoxdu. Hər birini böyütmüşəm. Hamısı mənim üçün əzizdi. Avropa çempionatı üçün hansı oyunçunun xidmətlərinə ehtiyac duysaq, sözsüz ki, çağıracağıq. Bir çox potensiallı idmançımız var. Amma bu dəfə gənclərə şans vermək istəyirik. Xorvatiya, İsveç, Rumıniya və Slovakiya kimi güclü rəqiblərimiz var. Qızlara inanıram. Son ana kimi döyüşmələrini istəyirəm. Məqsədimiz böyüklərlə gəncləri bir araya toplayaraq keyfiyyətli komanda qurmaqdı”.

Xatırladaq ki, millimiz ilk oyununu mayın 17-də Xorvatiyaya qarşı keçirəcək.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC