Kamal Bayramov "istefa" qışqıranlara səsləndi: "Bu işləri görən 4-5 nəfər kiminsə əlaltısıdı, niyə 9 il burda oyun alveri gedəndə həmin şəxslər gəlib..."

“Turan-Tovuz”un kapitanı Kamal Bayramov azarkeşlərə səslənib.

Presssport.az xəbər verir ki, 39 yaşlı qapıçı onları komanda ətraflnda birləşməyə dəvət edib: "Keçən il burda ac-susuz qalanda, yemək tapmayanda, Gürcüstanda 1 formanı 4 futbolçuya verib şəkil çəkdirəndə istefa deyən adamlar hardaydı? Bizdən qabaq 9 il "Turan Tovuz" I Liqada mübarizə aparıb. Və həmin müddətdə komanda oyun alqı-satqısı ilə məşğul olub. Niyə 9 il burda oyun alveri gedəndə həmin şəxslər gəlib meydançanın otunu qaldırmadı ki, a kişi, siz burda nə işlə məşğulsunuz? İndi “istefa” qışqıranların içində oyun alqı-satqısı edənlər, onların himayədarları da var. Hər oyunda uduzmağımızı gözləyib “istefa” qışqıranlar var. Ardıcıl neçə oyun məğlub olmadıq. Sıxıb saxlayırlar ki, uduzaq və bunlar “istefa” qışqırsın".

Bayramov klub rəhbərliyinin gördüyü işlərdən danışıb: "Bu gün yavaş-yavaş işlər görülür. Akademiya binası tikilir, tablo qurlaşdırılıb, işıqlandırma sistemi yerləşdirilib. Gərək Ayxan Abbasov həmin pullara oyunçu alardı. Neynirdi ki, gələcəkdə o binada qalacaq tovuzlu uşaqların gələcəyini. Deyərdi ki, mənə 2-3 milyon əlavə büdcə verin, oyunçu alım. 1-2 ildən sonra da büdcə dağılıb gedərdi. Necə ki, "Xəzər Lənkəran" və bir neçə klubumuz illər əvvəl bunu ediblər. Bu gün də ona görə yoxdular. Elə istəyirsiniz? 50 qram araq vurur, kefi kök, oğluna alacağı sinikersin də pulunu aparır "Topaz"da "Turan"ın qələbəsini yazır. Biz də futbolçuyuq. Uduzmaq da olacaq. Belə olanda başlayır “istefa” deməyə, təhqir etməyə. Cavabını verəndə deyir ki, bizi təhqir edirsən".

Kamal onu da vurğulayıb ki, azarkeş tənqid edə bilər, təhqir yox: "Sahəsindən, kimliyindən asılı olmayaraq, təhqir etmək olmaz. Böyümək üçün bu şeylərdən də keçəcəyik. Amma Tovuz futbolunun inkişafını istəyiriksə, birinci tribunadan başlamalıyıq. Bu işləri görən 4-5 nəfər kiminsə əlaltısıdı" (sportinfo.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC