"Sonra “Qarabağ”dan mesajlar gəldi, lakin..." - Rumıniya millisinin üzvü

Rumıniya FCSB klubunun futbolçusu Aleksandru Baluta karyerasını “Qarabağ”da davam etdirmək imkanından danışıb.

Presssport.az xəbər verir ki, Rumıniya millisinin 30 yaşlı rumıniyalı cinah yarımmüdafiəçisi öz ölkəsinin mətbuatına açıqlamasında Ağdam klubuna keçə biləcəyi barədə çıxan xəbərlərə münasibət bildirib: "Keçən yay “Universitatey Krayova” ilə danışıqları davam etdirdim. Amma xaricdən də təklif gözləyirdim. “Vidzev” mənimlə əlaqə saxladı. Sonra “Qarabağ”dan mesajlar gəldi, lakin yekunda heç nə alınmadı”.

Aleksandru ilk mövsümünü keçirdiyi hazırkı klubunda 2025-ci il iyunun 30-na qədər məxsusdu .O, Vətənində  “Çindiya”, “Vitorul”, “Universitatey Krayova”da, Çexiyada “Slaviya”(Praqa) və “Slovan”da (Liberets), Macarıstanda “Puşkaş Akademiya”da oynayıb.

 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC