"Kəpəz"ə ağır zərbə - 2 legioneri mövsümü bitirdi, 8500 manat cərimə kəsildi

AFFA İntizam Komitəsi “Kəpəz”i böyük məbləğdə cərimələyib.

Presssport.az xəbər verir ki, buna Gəncə təmsilçisinin Premyer Liqanın XXXIII turunun “Sumqayıt”la Tovuzdakı oyunda baş verən qayda pozuntuları səbəb olub.

Qarşılaşmanın 90+2-ci dəqiqəsində “Kəpəz”in nigeriyalı futbolçusu Olavale Onanuqa hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. Sınaq müddəti 3 ay təyin edilib. Gəncə klubu isə buna görə 3000 manat cərimə ödəyəcək.

Oyunun 90+6-cı dəqiqəsində “Kəpəz”in digər legioneri - braziliyalı futbolçusu Martins Junior 2-ci sarıdan qırmızı vərəqə aldıqdan sonra rəqib komandanın texniki zonasına qeyri-etik ifadələr işlətdiyinə, onları təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klub 3000 manat cərimələnib. Bundan başqa, komanda 4 futbolçusu sarı vərəqə aldığı üçün 700, azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığına görə 800, azarkeşləri tərəfindən hakimlər kütləvi şəkildə təhqir edildiyi üçün 1000 manat ödəyəcək.  

Bu isə ümumilikdə 8500 manat edir. Premyer Liqada sona 3 tur qaldığından, həmin “Kəpəz”lilər nəinki bu mövsümü erkən bitirmək məcburiyyətindədi, növbəti mövsümün ilk turunda da cəzalı olacaqlar.

İntizam Komitəsi “Sumqayıt”ı da cərimələyib. Buna matçın 90+6-cı dəqiqəsində Vüqar Mustafayevin 2-ci sarıdan qırmızı vərəqə alaraq meydandan qovulması səbəb olub. Futbolçu 1 oyun cəzalanıbsa, klubunu 500 manat ziyana salıb.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC