Yeniyetmə stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcək

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa birinciliyində mübarizə aparacaq.

Presssport.az Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançılarımız məsul yarışa hazırlığı plan üzrə davam etdirirlər. Bunadək bir neçə beynəlxalq yarış və təlim-məşq toplanışına qatılan təmsilçilərimiz yarış ərəfəsində Çinin Şanxay şəhərində təşkil olunan toplanışda iştirak edəcək.

Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli və Banu Baytallı yığma komandanın məşqçiləri Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə mayın 9-dan 17-dək Şanxay Stolüstü Tennis Mərkəzində hazırlıq keçəcək.

Avropa birinciliyinə mayın 22-də start veriləcək.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC