Ançelottinin ÇL-dəki tarixi rekordu

"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında (ÇL) yeni rekorda imza atıb.

Presssport.az xəbər verir ki, Madrid təmsilçisi turnirin yarımfinal mərhələsinin cavab oyununda "Bavariya"nı məğlub edərək (2:1, ilk oyun - 2:2) finala vəsiqə qazanıb. 

Nəticədə 65 yaşlı Ançelotti məşqçilik karyerasında 6-cı dəfə turnirin finalına yüksəlib. Bu isə rekord göstəricidi.

İtaliyalı mütəxəssis əvvəllər “Milan”la 3 dəfə (2002/03, 2004/05 və 2006/07) və “Real”la 2 dəfə (2013/14, 2021/22) finala yüksəlib. Həmçinin Ançelotti həlledici görüşdə yalnız 1 dəfə məğlub olub. Bu, "Milan"la 2004/05 mövsümündə "Liverpul"a İstanbulda oyunsonrası penaltilər seriyasında uduzmaqla olub.

Xatırladaq ki, bu mövsüm ÇL-in finalında “Real” Dortmund “Borussiya”sı ilə qarşılaşacaq. Görüş iyunun 1-də Londondakı “Uembli” stadionunda keçiriləcək.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC