Voleybol millimiz Sloveniyaya yollanıb

Qızıl Avropa Liqasına hazırlıqları davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniyaya yola düşüb.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən Presssport.az-a verilən məlumata görə, Faiq Qarayevin komandası təlim-məşq toplanışının növbəti mərhələsini Maribor şəhərində keçəcək.

Yığmamız səfərə yekun heyətlə yollanıb. Milli burda bir neçə yoxlama oyununda da qüvvəsini sınayacaq. Daha sonra voleybolçular Qızıl Avropa Liqasının matçları üçün Xorvatiyaya gedəcək.

Qadın voleybolçularımız bu turnirdə ilk oyununu mayın 17-də məhz meydan sahiblərinə qarşı keçirəcək.

Xatırladaq ki, yeni formatda təşkil ediləcək yarış üç turdan ibarətdi. Komandamızın oyunlarının ilk turu (17-19 may) Xorvatiyada, ikinci turu (24-26 may) Rumıniyada, üçüncü turu isə (31 may-2 iyun) Azərbaycanda olacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC