“Turan Tovuz” azarkeşlərinə müraciət edib: "Klub rəhbərliyi seçdiyi yolun və baş məşqçinin arxasında olacaq"

“Turan Tovuz” azarkeşlərinə müraciət edib.

Presssport.az klubun mətbua xidmətinə istinadən xəbər verir ki, müraciətdə bildirilib:

"9 illik həsrətdən sonra komandamızın Premyer Liqaya yüksəlməsi hər birimizə sevinc bəxş etdi.  Məsuliyyətli yolda geniş və əhatəli inkişaf planı hazırlayaraq Premyer Liqada qalıcı və bütün sahələr üzrə peşəkar klub formalaşdırmağı hədəfləmişik. Bütün işlərin həyata keçməsi üçün öz gücümüz, maliyyə imkanlarımız daxilində əlimizdən gələni əsirgəməyəcəyik. Strategiyamızı, missiyamızı dəfələrlə içtimaiyyətə açıqlamışıq. Məqsədimiz pillə-pillə bütün çatışmazlıqları aradan qaldırıb, gələcəkdə həm akademiyamızın bəhrəsindən yararlanmaq, həm də medallar uğrunda mübarizə aparan komanda formalaşdırmaqdı. Bunun üçün zaman və səbr lazımdı. Cari mövsümün əvvəlində də qarşımıza qoyduğumuz məqsəd Premyer Liqada möhkəmlənmək, təcrübə toplamaq, mərhələli şəkildə bütün sahələrdəki çatışmazlıqlarımızı aradan qaldırmaq olub. Buna baxmayaraq komandamız avrokuboklara vəsiqə qazanmaq şansını sona 5 tur qalmışa kimi davam etdirdi. “Turan Tovuz” azarkeşləri komandalarına bağlılığı ilə seçilib və diqqət mərkəzində olub. Klubumuz həmişə bütün çətinliklərə azarkeşləri ilə birlikdə sinə gərib, məqsədlər uğrunda bir ailə kimi birlikdə addımlayıb. Hər zaman azarkeşlərimizin irad və tənqidlərini anlayışla qarşılayıb nəticə çıxartmağa çalışmışıq. Bildirmək istəyirik ki, klub rəhbərliyi seçdiyi yolun və baş məşqçinin arxasında olacaq. 

Gəlin, bu çətin və şərəfli yolda birlikdə addımlayaq. Səbrlə, anlayışla komandamızın yanında olaq. Bu yolda mane olanlara imkan və fürsət verməyək. Biz bir ailəyik - birlikdə bütün çətinliklərin öhdəsindən gəlib, daha böyük zirvələri fəth edəcək bir ailə!"

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC