Azərbaycan güləşçisi Paris-2024-ə vəsiqə qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov (60 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Presssport.az xəbər verir ki, təmsilçimiz Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində Aleksandrs Jurkansı (Latviya) 10:1, Kristofer Krameri (Almaniya) 10:1, Mixal Trakı (Polşa) isə 5:1 hesabı ilə məğlub edib.

Məmmədov yarımfinalda Razvan Arnaut (Rumıniya) üzərində 8:2 hesabı ilə qalib gələrək Olimpiya lisenziyasını qazanıb.

Beləliklə, Azərbaycan Olimpiadaya 21-ci lisenziyanı əldə edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC