Benzianın Fransa Liqa 1-də 2 variantı var - gələcək karyerasıyla bağlı qərar verib

“Qarabağ”ın legioneri Yassin Benzia bir neçə Fransa klubunun maraq dairəsinə düşüb.

Presssport.az xəbər verir ki, bu barədə Əlcəzairin “Fennec Football” portalı məlumat yayıb.

İddiaya görə, Əlcəzair millisinin üzvü olan 29 yaşlı fransalə futbolçu ilə başqa Avropa klubları maraqlansa da, o, Liqa 1-ə qayıtmağa üstünlük verir. Bu baxımdan Benzia üçün iki versiya ortaya çıxır. Bu, onun ilk klubu, yetirməsi olduğu “Lion” və habelə “Nitsa”dı.

Buna baxmayaraq, “Qarabağ”la müqaviləsi 2025-ci ilin yayına qədər olan Benzia klubunu dəyişməyi təxirə salmaq qərarına gəlib. O, diqqətini Əlcəzair millisinin Qvineya (6 iyun) və Uqanda (10 iyun) ilə qarşıdakı matçlarına yönəltmək istəyir. Yassinin bu görüşlər üçün milliyə çağırılacağı gözlənilir.

Xatırladaq ki Benzia 2023-cü ilin qışından Ağdam təmsilçisinin formasını geyinir.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC