"Bayer" finalda - yenə son saniyələr, yenə məğlubiyyətsiz

Avropa Liqasında yarımfinal mərhələsinin cavab qarşılaşmaları keçirilib. 

Presssport.az xəbər verir ki, "Atalanta" evdə "Marsel"i məğlub edərək həlledici görüşə vəsiqə qazanıb.

Digər cütdə isə "Bayer" "Roma" ilə qarşılaşıb. Leverkuzen təmsilçisi son saniyələrdə bərabərlik qolunu vuraraq cari mövsümdə bütü turnirləri nəzərə alsaq, məğlubiyyətsiz seriyasını 49 oyuna çatdırıb və uzun fasilədən sonra avrokuboklarda finalda oynayacaq.

9 may

"Atalanta" - "Marsel" - 3:0

Qollar: A.Lukman, 30, M.Rucceri, 52, Ture, 90+5

İlk oyun - 1:1

"Bayer" - "Roma" - 2:2

Qollar: Stanisiç 90+7, C.Mançini, 82 (avtoqol) – L.Paredes, 43 (pen.), 66 (pen.)

İlk oyun - 2:0

Xatırladaq ki, Avropa Liqasının final oyunu mayın 22-də İrlandiyanın paytaxtı Dublində keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC